BANK

"Bank Melli İran-Baku"nun öhdəlikləri artıb
08 OKTYABR
218

"Bank Melli İran-Baku"nun öhdəlikləri artıb

2018-10-08 13:22:00

"Bank Melli İran-Baku" 30 sentyabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Fins.az"Finans.az"-a açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin üçüncü rübü üzrə cəmi aktivləri 113 mln. 309 min 593 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,9% çoxdur. İlin əvvəli ilə müqayisədə isə aktivlərdə 12,7% və ya 12,8 mln. manat artım müşahidə olunub.

"Bank Melli İran-Baku"nun kredit portfeli 1 il ərzində 3,5% və ya 128 min manatdan çox azalaraq 3 mln. 497 min 560 manat təşkil edib. Qeyd edək ki, bu rəqəm ötən ilin sonunda 3 mln. 355 min 298 manat təşkil edirdi.

ÖHDƏLİKLƏRİ ARTIB.

Eləcə də bax:Rayonlarda ipoteka faizləri aşağı salınmalıdır - RƏY

Cari ilin yanvar-sentyabr aylarında bankın öhdəlikləri 11,468 mln. manat artaraq 42 mln. 681 min 552 manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bankın öhdəliklərində 41,2% artım olub.

KAPİTALI ARTIB.

Ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Melli İran-Baku"nun cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 11,3% artaraq 63 mln. 445 min 123 manatdan 70 mln. 628 min 40 manata qalxıb. Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 73 mln. 611 min 171 manat təşkil edir.

MƏNFƏƏTDƏDİR.

Xalis faiz gəlirləri 2 mln. 81 min 396 manat olan bank aktivlər üzrə ehtiyatların yaradılmasına 319 min 106 manat ayırıb. Cari ilin 30 sentyabr tarixinə bankın xalis mənfəəti 1 mln. 799 min 525 manat təşkil edib. Digər məcmu gəlir komponentlərində tanınan mənfəət vergisi gəliri 805 manat olan bankın sözügedən tarixə cəmi məcmu gəliri 1 mln. 800 min 330 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255