BANK

Azərbaycan manatı MDB-nin ən sabit valyutası seçilib
01 OKTYABR
129

Azərbaycan manatı MDB-nin ən sabit valyutası seçilib

2018-10-01 13:38:00

 Bu ilin yanvar-sentyabr aylarında ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi demək olar, dəyişməyib. Bu, MDB ölkələri ərazisində ən yaxşı göstəricidir.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu "BelaPAN" tərəfindən 2017-ci il dekabrın 31-dən 2018-ci il sentyabrın 30-dək aparılan mərkəzi bankların rəsmi məzənnələrinin müqayisəli təhlili göstərir.

Milli valyutanın dollar qarşısında ucuzlaşması baxımından Rusiya hamını qabaqlayır - 13,87% (57,6002 rubldan 65,5906 rubla qədər). İkinci sırada Qazaxıstan (9,25%) qərarlaşıb - 332,33 təngədən 363,07 təngəyə qədər.

Dolların kursu Türkmənistanda dəyişməyib (3,50 manat), Azərbaycanda 0,01% (1,7001 manatdan 1,7 manata qədər), Ermənistanda 0,29% (484,10 dramdan 482,71 drama qədər), Özbəkistanda 0,50% (8120,07 sumdan 8079,28 suma qədər) və Moldovada 1,38% (17,1002 leydən 16,8637 leyə qədər) aşağı düşüb.

 Eləcə də bax:Dollar gələn ay bu qiymətə olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260