BANK

Avropa bankları süni intellektə milyardlarla dollar xərcləyəcək
01 OKTYABR
152

Avropa bankları süni intellektə milyardlarla dollar xərcləyəcək

2018-10-01 10:32:00

“IDC” şirkətinin analitiklərinin proqnozuna görə, 2018-ci ildə Qərbi Avropa bankları süni intellekt sahəsində koqnitiv sistem və həllərə təxminən 3 milyard dollar xərcləyəcək ki, bu da ötən illəmüqayisədə 43% yüksəkdir.

 Fisns.az Banker.az-a  istinadən yazır ki, onların sözlərinə görə, artmaqda olan investisiyalar maliyyə şirkətlərinin fırıldaqçılığın təhlili, məhsulların satışı üçün tövsiyələrin tərtib edilməsi, İT sistemlərinin avtomatlaşdırılmasında tez-tez süni intellekt həllərindən istifadə etməsini göstərir.

Qərbi Avropada cari ilin yekununa görə məhz banklar süni intellektə ən böyük sərmayə yatırırlar.

Ekspertlərin gözləntisinə görə, 2018-ci ildə süni intellekt sahəsində koqnitiv sistem və həllər bazarının həcmi 24 milyard dollar təşkil edəcək, 2022-ci ildə isə bu göstərici 77,6 milyard dollara yaxınlaşacaq.

“PwC” şirkətinin proqnozuna görə, süni intellekt 2030-cu ildə dünya ÜDM-nin təxminən 14% (təxminən 15,7 trilyon dollar)-ni təşkil edəcək. Bu amil belə texnologiyaları indi sürətlə dəyişən iqtisadiyyatda ən böyük kommersiya imkanına çevirir.

 Eləcə də bax: Gündəm bankların sayı olmalıdır, yoxsa inkişaf istiqamətləri? I hissə - ANALİTİKA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255