BANK

ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” iclas
28 SENTYABR
184

ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” iclas

2018-09-28 10:49:00

ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun iclası keçirilib

26 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Monitorinq Xidmətinin əməkdaşları ilə görüşü keçirilib.

Fins.az xəbər verir ki, Görüşdə, Maliyyə Bazarlarına Nəzarət Palatası Daxili Nəzarət İdarəsindən Rauf Kazımov,Maliyyə Monitorinq Xidməti Analitik Şöbənin rəhbəri Zaur Hacılı, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak edib.

İclasda cari Müxbir Hesabların idarə edilməsi, Müxbir Banklar tərəfindən edilən komplayns sorğuları, müştərilərin bank köçürmələri zamanı ortaya çıxan problemlər və yeni Müxbir Hesabların açılması və digər əlaqədar məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 Eləcə də bax:http://fins.az/bank/957624/avvel-axir-bu-olacaq-millet-vekilinden-achiqlama.html

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255