BANK

"Qafqaz Lizinq"in aktivləri kəskin azalıb
25 SENTYABR
264

"Qafqaz Lizinq"in aktivləri kəskin azalıb

2018-09-25 17:19:00

"Qafqaz Lizinq" ASC 30 iyun 2018-ci il tarixinə maliyyə hesabatını açıqlayıb.

Fins.az Finans.az-a istinad'n bildirir ki, açıqlanan hesabata əsasən xəbər verir ki, şirkətin 2018-ci ilin yarısına cəmi aktivləri 766 min 269 manat olub. Bu isə 2017-ci ilin yekunu ilə müqayisədə 4,3 dəfə çoxdur. Şirkətin 2017-ci ilin yekununda cəmi aktivləri 3 mln. 263 min manat idi.

Lizinq şirkətinin cəmi aktivlərindəki kəskin azalmanın əsas səbəbi isə nizamnamə kapitalındakı azalma olub. Belə ki, "Qafqaz Lizinq"in nizamnamə kapitalı 79% və ya 2,5 mln. manata qədər azalaraq 3,2 mln. manatdan 660 min manata düşüb. Cəmi kapitalı isə 76,9%azalaraq 750 min 584 manat təşkil edib.

Cəmi öhdəliklər isə 6 ay ərzində 2 dəfədən çox artaraq 15 min 685 manata çatıb.

Əməliyyat zərəri 71 min 687 manat olan "Qafqaz Lizinq"in fövqəladə gəlirləri 106 min 834 manat təşkil edib ki, bu da şirkətin ilin ilk yarısını 35 min 147 manat xalis mənfəətlə başa vurmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256