BANK

Rabitəbank biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq
25 SENTYABR
262

Rabitəbank biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq

2018-09-25 13:04:00

Biznes kreditləri üzrə ölkəninqabaqcıl banklarından biri olan Rabitəbank sahibkarlara 8%-dan başlayan faiz dərəcəsi ilə kreditlər ayırmağı planlaşdırır. Sahibkarların bizneslərini genişləndirmək məqsədilə Rabitəbank Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi iləmüştərilərə uzun müddətli və güzəştli şərtlərlə manat kreditləri təklif edir.2018-ci-ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu qeyri-neft sektorunun inkişafı və sahibkarları dəstəkləmək üçün kredit zəmanətlərinin verilməsinivə faiz subsidiyalarına dair proseduru təsdiqləmişdir  və Rabitəbank kredit zəmanətləri üzrə fondun müvəkkil bankı seçilmişdir. Yeni təsdiq olunmuş qaydalara əsasən Fond tərəfindən manatla alınan kreditlərə görə təminat veriləcək və faizlərin bir hissəsi Fond tərəfindən subsidiya formasında banka ayrılacaq. Nəticədə sahibkarlar Fondun zəmanət veridiyu kreditləri güzəştli faizlərlə əldə edə biləcəklər.

Fondla əməkdaşlıq çərçivəsində Rabitəbank biznes sahiblərinəmanatla və aşağı faizlə 30.000 - 5.000.000 AZN aralığında məbləğdə kreditlər ayıra bilər. Bunun üçün sahibkar Rabitəbank-ın istənilən filialına müraciət etməklə və Fondun zəmanət verilməsi şərtlərinə uyğun gəlmələri barədə məlumat əldə bilərlər.

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.133.azsaytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256