BANK

Beynəlxalq Valyuta Fondu nazirlik rəsmiləri ilə görüşüb
25 SENTYABR
153

Beynəlxalq Valyuta Fondu nazirlik rəsmiləri ilə görüşüb

2018-09-25 10:06:00

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüş olub. Fins.az xəbər verir ki, görüş əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya bölməsinin rəhbəri Mohammed El Qorçi arasında keçirilib.

Görüşdə əmək və sosial müdafiə sistemində aparılan islahatlar, habelə Azərbaycanda aparılan pensiya islahatı ilə bağlı son vəziyyət, ünvanlı dövlət sosial yardım proqramı,  məşğulluq və s. məsələlərlə bağlı müzakirələr aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260