BANK

“Kapital Bank” nizamnamə kapitalını artırıb
24 SENTYABR
251

“Kapital Bank” nizamnamə kapitalını artırıb

2018-09-24 12:02:00

Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin yeni səhmlərinin əldə edilməsinə dair insayder əqdi bağlanılıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, əqd Bankın hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni və imtiyazlı səhminin realizə edilməsini nəzərdə tutur.

“Kapital Bank”ın qiymətli kağızlarını ən çox – “PAŞA Holdinq” MMC əldə edib. Son nəticədə Bankın nizamnamə kapitalı 10,76% və yaxud 20 mln. manat artaraq 205,85 mln. manata yüksəlib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253