BANK

"AccessBank"dan "PAŞA Bank"a transfer
22 SENTYABR
2943

"AccessBank"dan "PAŞA Bank"a transfer

2018-09-22 13:18:00

"AccessBank"ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova "PAŞA Bank"ın "Digital Lab" strukturunda Məhsullar istiqamətinin rəhbəri təyin olunub. Fins.az xəbər verir ki, Səbinə Qurbanova "AccessBank"da öz fəaliyyətini 2005-ci ilin noyabr ayında Mikrokreditləşmə üzrə kiçik mütəxəssis vəzifəsində başlayıb. 2006-cı ilin may ayından Müştəri Xidmətləri Şöbəsinə keçərək burada Baş mütəxəssis vəzifəsinədək yüksəlib. 2009-cu ilin may ayından İnkişaf və Metodologiya Departamentinin rəhbəri, 2013-cü ilin yanvar ayından isə Bankçılıq Xidmətlərinin rəhbəri vəzifəsində çalışıb. Səbinə Qurbanova 2017-ci ilin may ayında "AccessBank"da Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260