BANK

Azərbaycana ayırılan vəsait açıqlandı
21 SENTYABR
363

Azərbaycana ayırılan vəsait açıqlandı

2018-09-21 14:23:00

Layihələr üzrə cari portfelin dəyəri 1,426 mlrd. avrodur.

Fins.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının bu il avqustun 1-nə  kimi Azərbaycanda maliyyələşdirdiyi aktiv layihələrin sayı 50-yə yüksəldiyi ilə bağlı məlumatda qeyd olunub.

Qeyd edilən dövr üzrə Azərbaycanın EBRD-yə ödənişlərinin ümumi həcmi isə 2,352 mlrd. avroya bərabər olub.

Ümumilikdə, bankın hazırda Azərbaycanda aktiv layihələr üzrə cari portfelinin 50%-i və ya 709 mln. avroluq hissəsi enerji, 42%-i və ya 600 mln. avroluq hissəsi infrastruktur, 5,04%-i və ya 72 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 3,15%-i və ya 45 mln. avroluq hissəsi isə maliyyə institutlaşması üzrə təyin edilib.

Hesabat dövrünün sonuna EBRD-nin ölkə üzrə əməliyyat aktivlərinin dəyəri isə 979 mln. avro təşkil edir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bugünədək EBRD Azərbaycanda 168 layihənin maliyyələşdirilməsinə 3,163 mlrd. avro ayırıb.

Bankın Azərbaycana ayırdığı kreditlərdə özəl sektorun payı 26% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256