BANK

Dollar lirə məzənnəsi yaxın iki ildə bu cür olacaq
21 SENTYABR
1300

Dollar lirə məzənnəsi yaxın iki ildə bu cür olacaq

2018-09-21 10:48:00

Türkiyənin maliyyə və xəzinə naziri Berat Albayrak Türkiyənin ortamüddətli (3 illik) Yeni İqtisadi Proqramını açıqladı. Fins.az xəbər verir ki, Yeni İqtisadi Proqramda (Yeni Ekonomi Programı - YEP) dolların məzənnəsi proqnozuna da yer verilib.

Hökumətin hesablamalarına görə, gələn il dolların məzənnəsi 5.60 TL olaraq nəzərdə tutulub. Proqnozun reallaşması üçün, hazırda 6.20 Türk lirəsinin üzərində olan Dolların gələn il ucuzlaşması lazımdır.

2018-ci il üçün orta hesabla dollar məzənnəsi 4.90 TL olaraq təxmin edilib. Dollar məzənnəsi bu il Yanvar-Aprel dövründə 3.70-4.00 TL,  May-İyul dövründə 4.00-4.90 TL, Avqustdan bu yana isə 5.00-6.90 aralığında dalğalanıb.  Dollar məzənnəsi proqnozu 2020-ci il üçün 6.00 TL, 2021-ci il üçün də 6.20 TL olaraq nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260