BANK

Ən az sənəd tələb edib ən çox kreditə pul verən banklar
20 SENTYABR
1239

Ən az sənəd tələb edib ən çox kreditə pul verən banklar

2018-09-20 12:59:00

Hazırda bugünə olan məlumata əsasən Azərbaycanda 30 bank 46 BOKT –Bank Olmayan Kredit Təşkilatı fəaliyyət göstərir. Lakin bu Bank və BOKT-ların heç də hamısı kredit təklif etmir edəndə isə o qədər sənəd və arayış tələb olunur ki, vətəndaşlar üçün kredit götürmək ümdə bir arzuya çevrilir. Odur ki, Fins.az bu sahədə qısaca araşdırma edərək ən asand qaydalarla kredit verən bankların adını öyrənib.

Bank Respublika

Burada ən az sənəd tələb edən kreditlərdən biri də Lombard kreditidir.  Belə ki, banka qızıl girov qoymaqla bir tək şəxsiyyət vəsiqəsilə istədiyiniz qədər kredit əldə edə bilərsiz.

Həmçinin  əmək kartınızın hesabından  6 aylıq çıxarış sənədiniz də olması kredit əldə etməyiniz üçün yetərlidir.

Rabitəbank

Çox sadə şərtlərlə Lombard krediti verən banklardan biri də Rabitəbankdır. Bu bankda da bir təş şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilərsiz.

Bank of Baku

Ən az sənəd tələb etməklə kredit verən banklardan biri də Bank of Bakudur. Belə ki, bir tək şəxsiyyət vəsiqəsi və əmək haqqı kartınızın hesabı barədə 3 aylıq çıxarış 30 min manata qədər pul götürməyiniozə imkan verəcək.

Accessbank

İşdən arayışla  şəxsiyyət vəsiqəsi və ya əmək haqqı kartından 6 aylıq çıxarış sənədi kredit əldə etməyinizə vasitə olacaq. Ən az 500 manat maksimum isə 30 min manat krediti əldə etmək mümkündür.

Unibank

Şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd kredit almağınız üçün yetərlidir.Əgər çalışdığınız müəssisə e.gov.azda qeydiyyatdadırsa o zaman bir tək şəxsiyyət vəsiqəsi ilə də Unibankdan kredit əldə edə bilərsiz.

Müəllif: Xeybər Heydərov 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256