BANK

Əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
20 SENTYABR
250

Əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

2018-09-20 09:50:00

2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8953,6 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlıdır. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb.

İstifadə olunmuş vəsaitin 6232,0 milyon manatı və ya 69,6 faizi məhsul istehsalı obyektlərinin, 2051,0 milyon manatı (22,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 670,6 milyon manatı (7,5 faizi) isə ümumi sahəsi 1247,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5322,5 milyon manatını və ya 59,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6193,0 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256