BANK

Bankların qiymətli kağızlara marağı artıb
19 SENTYABR
1020

Bankların qiymətli kağızlara marağı artıb

2018-09-19 15:40:00

Bu ilin sentyabr ayının 1-nə banklar tərəfindən qiymətli kağızlara 3 mlrd. 279,2 mln. manat yönəldilib.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövründəki göstəricidən 1 mlrd. 755 mln. manat və ya 1,5 dəfə çoxdur.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayının 1-nə banklar tərəfindən 1 mlrd. 851,8 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb. İyul ilə müqayisədə avqustda banklar 0,8 mln. manat və ya 0,04% az qiymətli kağız buraxıb.

Ümumiyyətlə, son 1 ildə banklar tərəfindən buraxılmış qiymətli kağızların həcmi 8,8 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260