BANK

Unibankda yeni depozit növü: Depozit hesabı aç, illik faizləri həmin gün götür
19 SENTYABR
281

Unibankda yeni depozit növü: Depozit hesabı aç, illik faizləri həmin gün götür

2018-09-19 11:14:00

İndi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün götürə bilirlər. Bank müştərilərə xidmət səviyyəsinin və təklif olunan məhsul çeşidinin artırılması məqsədi ilə manat valyutasında yeni əmanət növü yaradıb. “Faizlər əvvəlcədən”  adlı bu əmanət növündə müştəri əmanət hesabını açdıqda, əmanət üzrə hesablanmış faizləri həmin gün alacaq.

“Faizlər əvvəlcədən”  əmanəti üzrə şərtlər aşağıdakı kimidir :

-        Valyutası – AZN

-        Müddəti – 12 ay

-        “+2 faiz” aksiyası çərçivəsində illik faiz dərəcəsi – 9%  (7%+2%)

-        Minimal məbləğ – 500 AZN

-        Müştəri üzrə maksimal məbləğ 200 000 AZN

Xatırladaq ki, Unibankın sərfəli faizli depozit kampaniyası da davam edir.31 oktyabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% də hədiyyə ediləcək. Aksiya çərçivəsində  “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv”depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib. 

Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?

 

-          Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

-          Bazarda çox sərfəli depozit  faizləri əldə edirsiniz (maksimum 12%-dək);

-          Depozitiniz  Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

-          Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibankın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!

Qeyd edək ki, Əmanətlərin SığortalanmasıFondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (https://www.unibank.az/az/deposits/index) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) və Unibankın filiallarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259