BANK

Banklar kredit verilməsini artırır
19 SENTYABR
148

Banklar kredit verilməsini artırır

2018-09-19 10:52:00

Bankların müştərilərə verdiyi kreditlərin həcmi artıb.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin avqustunda bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 905,5 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 135,9 mln. manat və ya 1,2%artım deməkdir.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə banklar kreditləşməni 567,9 mln. manat və ya 5% artırıb.

Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 mlrd. 655,5 mln. manat məqsədli ehtiyat ayırıb. Bu, iyul ayındakı göstəricidən 32,2 mln. manat və ya 2% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259