BANK

Avrolar yeniləndi
17 SENTYABR
299

Avrolar yeniləndi

2018-09-17 15:28:00

Avropa Mərkəzi Bankı (ECB) 100 və 200 avroluq əskinasları yeniləyib. Fins.az  xəbər verir ki, 1999-cu ildən bəri 19 Avropa Birliyi ölkəsinin rəsmi pul vahidi olan Avronun kağız əskinaslarının yenilənməsi işi 100 və 200 avroluq banknotların da yenilənməsilə başa çatıb. 

Avropa Mərkəzi Bankı (ECB) yeni əskinaslarda yüksək təhlükəsizlik tədbirləri həyata keçirildiyini, saxtasını hazırlamağın çətinləşdirəcəyini açıqlayıb. Hazırda dövriyyədəki 100 avroluq kağız əskinaslar yaşıl rəngli olarkən, yeni 100 avrolarda xaki rənglərinin hakim olacağı bildirilib. 

ECB daha əvvəl 5, 10, 20 və 50 avro yeni nəsil əskinasları dövriyyəyə buraxıb. ECB, 500 avroluq əskinasın  daha çox cinayətkarlar və ya narkotika tacirləri tərəfindən istifadə edildiyindən dövriyyədən çıxarılacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259