BANK

Bank “BTB” ASC “Mida” MMC xətti ilə güzəştli ipoteka kreditini 1 günə rəsmiləşdirir
14 SENTYABR
453

Bank “BTB” ASC “Mida” MMC xətti ilə güzəştli ipoteka kreditini 1 günə rəsmiləşdirir

2018-09-14 12:17:00

Bank “BTB” ASC güzəştli mənzil arzusunda olanlara cəmi 1 günə ipoteka krediti verir. Beləliklə, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına qoşulmaq istəyənlər Bank BTB-ya müraciət edə bilərlər.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində satılan güzəştli mənzillər üzrə ilk kredit müqaviləsi 11 sentyabr tarixində məhz Bank BTB - də imzalandı.

Qeyd edək ki, 31.07.2017-ci il tarixində “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsini imzalamış Bank “BTB” ASC-nin ipoteka kreditləri “Sənaye” filialı tərəfindən rəsmiləşdirilir. Filial Yasamal r-nu, Ə. Haqverdiyev küç., 577 ünvanında yerləşir. Bank BTB tərəfindən təqdim olunan İpoteka krediti məhsulunun əsas üstünlüyündən biri rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Əlavə olaraq filial layihəyə olan marağı və müraciətlərin sayını nəzərə alaraq xüsusi iş rejiminə keçib.

Bu layihə çərçivəsində “Sənaye” filialı:

10.09.2018-14.09.2018 və 17.09.2018-21.09.2018 tarixlərində saat 09:00-dan 20:00-dək;

şənbə günləri isə 15.09.2018 və 22.09.2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

Güzəştli ipoteka krediti haqqında ətraflı məlumatla Bank BTB - nin Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253