BANK

Asiya İnkişaf Bankı Azərbaycana 815 milyon dollar ayıracaq
14 SENTYABR
92

Asiya İnkişaf Bankı Azərbaycana 815 milyon dollar ayıracaq

2018-09-14 11:19:00

Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illərdə Azərbaycana öz kredit resurslarından 815 milyon dollar ayıracaq. Fins.az xəbər verir ki, bu barədə bankın üç illik biznes-planında qeyd edilir.

Bildirilir ki, göstərilən dövrdə AİB Azərbaycana üç kredit xətti açacaq. 

Belə ki, 2019-cu ildə bank ölkəyə 250 milyon dollar, 2020-ci ildə 265 milyon dollar, 2021-ci ildə isə 300 milyon dollar kredit ayıracaq. 

Bankın üç il müddətində ayıracağı bu kreditlər enerji sektorunda layihələrə, makroiqtisadi sabitliyin təmin edilməsinə və dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına yönəldiləcək. 

AİB-in qiymətləndirmələrinə əsasən, 2019-2021-ci illərdə Azərbaycan hökuməti bank tərəfindən maliyyələşdirilən layihələri maliyyələşdirmək üçün 85 milyon dollar ayıracaq. 

Bundan əlavə, 2019-2021-ci illərdə AİB Azərbaycana 1.5 milyon dollar məbləğində texniki yardım göstərməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253