BANK

FED-in uçot stavkasını yüksəltməsi ehtimalları daha da artıb - Dollar və avro güclənəcək?
14 SENTYABR
318

FED-in uçot stavkasını yüksəltməsi ehtimalları daha da artıb - Dollar və avro güclənəcək?

2018-09-14 10:45:00

İqtisadçı ekspert Vüqar Bayramov dollar və avronun gələcək məzənnəsi barədə açıqlama verərkən bu iki valyutanın məzənnəsi barədə aşağıdakıları qeyd edib:

Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrinin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına “müəyyən toxtaqlıq” gətirib. Avropa Birliyinin avronun qlobal bazarda dominatlığının artırılması ilə bağlı çağrışları fonunda avro da dollara nisbətən möhkəmlənib. Belə ki, dünən 1 avro almaq üçün 1.16-dan az dollar ödəmək lazım idisə indi bu rəqəm 1.17-ə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Belə ki, manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1.9762 idisə bu gün 1 avro almaq üçün 1.9883 ödəmək lazımdır. Bu isə o deməkdir ki, hər 100 avroda mili valyutamız rəsmi məzənnə ilə 1.21 manat ucuzlaşıb. Dolların qlobal ucuzlaşması Rusiya rubluna təsir edib. 2 gün öncə 70 rubluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68.4 rubladək möhkəmlənib. Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot stavkasını yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər.

Müəllif:Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253