BANK

Türkiyə prezidentinin çıxışından sonra lirə ucuzlaşıb
13 SENTYABR
1587

Türkiyə prezidentinin çıxışından sonra lirə ucuzlaşıb

2018-09-13 13:53:00

Ərdoğan: "TÜSİAD faiz çox yüksəkdir" deyir, mən də deyirəm ki, bu yüksək faizi bir aşağı salaq".

Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) faiz artırmağa hazırlaşarkən, Prezident Ərdoğan sərt bir çıxış edərək yüksək faizlərə qarşı olduğunu açıqlayıb. Fins.az  xəbər verir ki, Ankarada çıxış etmiş Rəcəb Tayyib Ərdoğan, faiz mövzusundakı həssaslığının eyni olduğunu bildirib.

Eləcədə Bax: “Ketchi” əmtəə nişanı altında satılan məhsullarda bakterioloji çirklənmə aşkarlanıb

Ərdoğan çıxışında, "yüksək faizi aşağı salaq deyirəm" söyləyib. Ərdoğan bank sektoruna da diqqət çəkərək,"Bəzi özəl banklar 50 faizə çatan faizlər ilə kreditlər ayırırlar" deyib.

Ərdoğanının pul siyasətinin sərtləşdirilməsinə, o cümlədən faizin artırılmasına qarşı çıxması Türk Lirəsinin sürətlə ucuzlaşamasına səbəb olub. Lirə Dollar qarşısında 3%-ə yaxın dəyərdən düşüb. Məzənnə 6.34 səviyyələrindən 6.54 səviyyələrinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257