BANK

Bankları aldatmaq istəyənlərin nəzərinə ...
12 SENTYABR
2910

Bankları aldatmaq istəyənlərin nəzərinə ...

2018-09-12 13:04:00

Bəzən elə olur ki, vətəndaşların banklardan narazılığı ilə rastlaşırıq. Hətta elə olur ki, narazılıqlar məhkəmələrə qədər gedib çıxır.  Şikayətçilərin bir qismi imzaladıqları sənəddə bəzi müddəaların çox kiçik hərflə yazıldığını və bununla bankların onları aldatdıqlarını iddia edirlər. Lakin sən demə heç də həmişə banklar bəzi şəxslərin dediyi kimi aldadan tərəf olmurlar. Sən demə bəzi vətəndaşlar da bankları çox sadə, daha dəqiq desək primitiv yollarla bank əməkdaşlarını aldatmaq istəyirlər. Adının çəkilməsinə istəməyən bir neçə bank əmkdaşı bunu təsdiq edib. Sən demə bəzi şəxslər yolda itmiş kart tapan zaman banka yaxınlaşıb bu kartın onlara və ya hər hansı qohumuna aid olduğunu və ya parolu unutduqlarını bildirirlər. Bundan başqa kredit götürmək istəyən şəxslər olur ki, onlar da heç bir kreditlərinin olmadıqlarını və ya ödənişlərdə gecikdirmə olmadıqlarını bildirirlər. Rəsmi iş yerlərinin olduğunu bildirənlər də az deyil. Amma bütün bunlar əbəs yerə olur. Belə ki, Bank əməkdaşlarının təbilincə desək bəzi vətəndaşlar müxtəlif cür işbazlıqla bank işçilərini aldatmaq istəyirlər. Amma bildirildi ki, kart sahibi olmayan gətirdiyi kartın ona məxsus olmadığı təyin etmək bank ənəkdşları üçün çox asandır. Bunun üçün şəxsin təyin olunması və digər işbazlıqların qarşısının alınması üçün bir çox proqramların tətbiq edildiyi bildirildi.  

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255