BANK

Daha bir valyuta dollar qarşısında sürətlə ucuzlaşır
31 AVQUST
1025

Daha bir valyuta dollar qarşısında sürətlə ucuzlaşır

2018-08-31 13:43:00

Argentina milli valyutası dollar qarşısında ucuzlaşmağa başlayıb. Fins.az xəbər verir ki, Argentina Mərkəzi Bank apreldən bu yana 5-ci dəfə faiz artıraraq Peso-nun ucuzlaşmasının qarşısını almağa çalışsa da, bu bir nəticə verməyib. 

Argentina Mərkəzi Bank inflyasiyanın daha çox artabiləcəyi riski və pesonun ucuzlaşması səbəbindən ötən gün faizi 45%-dən 60% qaldırdı. Lakin peso dünən 13%-dən çox ucuzlaşıb. İlin əvvəlindən bu yana isə pul vahidi dollar qarşısında 108% çox dəyər itirib.

Argentina ilə yanaşı bir çox inkişaf edən ölkə bazarı da FED-in faiz artırması ilə dolların güclənməsindən mənfi təsir görür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258