BANK

Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - AMB
28 AVQUST
241

Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - AMB

2018-08-28 17:45:00

29 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib. 

Dövlət qeydiyyat №-si 50101270S

Hərraca çıxarılan həcm 200 000 000 AZN

Notun nominal dəyəri 100 АZN

Notların tədavül müddəti 28 gün

Ödəmə tarixi 26.09.2018

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256