BANK

Şənbə və bazar günləri çalışan banklar - SİYAHI
28 SENTYABR
1374

Şənbə və bazar günləri çalışan banklar - SİYAHI

2018-09-28 15:06:00

Əhalinin həftənin istirahət günləri də bank xidmətlərinə ehtiyacları yarandığını nəzərə alaraq Fins.az şənbə və bazar günləri çalışan bankların siyahısını hazırlayıb. Beləliklə şənbə günü adları aşağıda sadalanan bankların filial və şöbələri çalışır. 

AccessBank

Bankın şənbə günü yalnız Gəncədəki filialı işləyir. İş vaxtı 10:00-dan 16:00-kimidir. Bazar ügün isə heç bir filial işləmir.

AFB Bank

Bankın şənbə və bazar günü yalnız hava limanındakı filialı çalışır.

Amrahbank

Bütün filiallarda exchange işləyir. Caspian Plaza və Bakıxanov filiallarından başqa bütün filiallar şənbə və bazar günü işləmirlər.

AtaBank

Şənbə və bazar günü bankın yalnız sahil şöbəsində exchange işləyir. İş vaxtı isə saat 09:00-dan 18:00 kimi çalışır.

ASB Bank

Park Bulvar filialı həftənin bütüngünləri  çalışır. Səhər 10:00-dan axşam 10:00- kimi.

Azər Türk Bank

Heydər Əliyev prospektindəki 1 saylı şöbə və 5 saylı Asan xidmətdəki filialı çalışır.

Bank of Baku

Bankın şənbə günü bütün filialları səhər 09:00-dan axşam 17:00 kimi müştərilərinin xidmətindədirlər.  Bazar günü isə bankın yalnız Azneft filialı çalışır.

Bank Respublika

Bankın Azneft filialı 24 saat fəaliyyət göstərir. Bankın şənbə günü isə Neftçilər filialı fəaliyyət göstərir.

Bank VTB Azərbaycan

Bankın istirahət günlərindən yalnız şənbə günü M.Əcəmi filialı səhər 10:00-dan 16:00 kimi çalışır.

ExpressBank

Şənbə günü  10:00-dan 14:30 kimi Əhmədli, Nəsimi, Sumqayıt və Gəncə filialları çalışır. Bazar günü isə Bankın yalnız Nəsimi filialındakı exchange xidməti fəaliyyət göstərir. Bura 24/7 müştərilərə xidmət göstərir.

Gunaybank

Şənbə günü bankın bütün filialları 10:00-dan 13:00- kimi işləyir. Bazar günü isə bankın yalnız otellərdəki filialları çalışır.

Kapital Bank

Bankın demək olar ki, əksər filiallar çalışır. Kapital Bankın həftəsonu işləyən filialları 

Rabitəbank

İstirahət günləri yalnız Naxçıvan şöbəsi işləyir.

 TuranBank

Şənbə günü bankın Neftçilər metrosu yaxınlığındakı Nur filialı səhər 10:00-dan axşam 19:00- kimi çalışır. Digər filiallar isə  10:00-14:00 qədər işləyir

 Unibank

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı  (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.

Şənbə qrafiki: saat 10.00-14.00

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260