BANK

Bank Respublika Qurban Bayramı münasibətilə sosial layihə keçirdi
21 AVQUST
325

Bank Respublika Qurban Bayramı münasibətilə sosial layihə keçirdi

2018-08-21 12:05:00

Mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramında insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər. Qarşıdan gələn bayramla əlaqədar “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiya həyata keçirdi.

Bankın əməkdaşları Ağcəbədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan uşaqları bayram münasibətilə təbrik etdi və bank tərəfindən hazlırlanmış bayram sovqatlarını ailələrə təqdim etdi.

Tədbirdə qeyd edildi ki, ki,müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir.Bayramtədbirimərkəzinxüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında gözəl rəqs nömrələri və səhnəciklərdən ibarət musiqili proqramı ilə davam etdi.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258