BANK

AMB qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracın tarixi açıqlanıb
20 AVQUST
280

AMB qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracın tarixi açıqlanıb

2018-08-20 17:16:00

24 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib.

Dövlət qeydiyyat №-si

50101170S

Hərraca çıxarılan həcm

250 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 28gün

Ödəmə tarixi

                              19.09.2018

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259