BANK

Bakıda “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq (workshop) proqramı keçiriləcək
20 AVQUST
301

Bakıda “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq (workshop) proqramı keçiriləcək

2018-08-20 15:47:00

14-17 Sentyabr Bakıda “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq (workshop) proqramı keçiriləcəkdir. Treyninq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin (Birləşmiş Ərəb Əmirlikləri) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Treyninqin keçirilməsinin məqsədi Azərbaycanda islam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin hazırlanmasıdır.

Treyninq 3 hissədən ibarət olacaqdır. Belə ki, 14-15 Sentyabr – İslam Bankçılığı və Maliyyəsi, 16 Sentyabr – Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi, 17 Sentyabr - İslam sığortası (Təkafül) mövzusunda keçiriləcəkdir.

Sonda iştirakçılara Malayziya Maliyyə Akkredetasiya Agentliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.

Qeyd edək ki, treyninqin təşkili və iştirakçıların yazılması işi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən aparılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259