BANK

Banklar nəyə görə pulumuzu gec köçürür ?
17 AVQUST
570

Banklar nəyə görə pulumuzu gec köçürür ?

2018-08-17 14:39:00

Bütün banklarda olmasa da bəzi banklarda müştərinin cari hesabına və ya cari hesabdan plastik kart hesabına pul köçürmələrində banklara görə fərqli köçürmə vaxtlarının şahidi oluruq. Bəs bu nədən irəli gəlir? Nə üçün bir bank ölkə daxili pul köçürmələrində bir günə digər bank isə bir neçə saata köçürmə edir. İqtisadçı ekspert Vüqar Bayramov bu sualı belə cavablandırıb. 

Ümumiyyətlə son vaxtlar bu tip ödənişlər maliyyə monitorinq tərəfindən araşdırıldıqdan sonra  həyata keçirilir.  Söhbət ondan gedir ki, ödənişin təyinatı araşdırıldıqdan sonra ödənişlə bağlı razılıq verilir. Qaydalara görə 20 min manatdan artıq olan köçürmələr Maliyyə monitorinq qrupu tərəfindən yoxlanılmalıdır.  Amma son hadisələr göstərir ki, hətta nisbətən kiçik məbləğdə olan məbləğlər də araşdırılır.  Lakin gecikmələr əsasən bankların xidmətindən asılıdı.  Buna səbəb bəzi bankların köçürmə prosesini çox ləng şəkildə həyata keçirmələridir. Əslində banklar üzrə ödənişlərin fərqli zamanlarda müştərilərin hesabına köçürülməsi ondan xəbər verir ki,  bu bankların malik olduğu texnologiya ilə bağlıdır. Bəzi hallarda bu texnologiyalar köhnəlmiş olurlar. Bu məsələdə bankların çevik fəaliyyəti də çox vacibdir.

Xarici təcrübədə bu necədir?

Xarici banklarda  müştəri hesab açan zaman pul köçürmələrinin vaxtı  imzalanan sənədlərdə göstərilir.  İki tərəf arasında bağlanan müqavilədə maksimum müddət göstərilir . Xaricdə bu hesablaşmalar pul köçürmələri adətən bir neçə saat ərzində həyata keçirirlir.

Ölkəmizdə fəaliyyət göstərən banklarda əksər hallarda yalnız deposit və kreditlərlə bağlı məsələlər olanda müddət müqavilədə göstərilir.

Banklardan Fins.az-a verilən məlumata görə, isə ödəniş tapşırıqları 3-5 iş günü ərzində həyata keçirilə bilər.  O ki, qaldı cari hesabdan müştərinin plastik kart hesabına pulun köçürülməsinə bu bankların göstərdiyi xidmətdən asılı olaraq dəyişir. Hətta müştərinin pulu plastik kartının hesabına başqa vaxt daxil olub başqa vaxt aktiv oluna bilər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259