BANK

Türk lirəsi dəyər qazanmağa başlayıb
14 AVQUST
1766

Türk lirəsi dəyər qazanmağa başlayıb

2018-08-14 11:57:00

Türk Lirəsi Dollar qarşısında 5% bahalaşıb. Ötən gün 7 lirəni keçən Dollar, Bakı vaxtı ilə saat 11:55-də 6.53 lirəyə qədər düşüb. Fins.az xəbər verir ki, buna səbəb Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak Cümə günü xarici investorlarla ilk keçiriləcək telekonfransı əsas gətirilir. Belə ki,  Deutsche Bank, DOME & HSBC kkoordinasiyasında telekonfrans Türkiyə vaxtı ilə saat 16:00-da keçiriləcək. 750-1000 arası investorun iştirak etməsi gözlənilən telekonfransda nazir Albayrak, Amerika, Avropa, Yaxın Şərq başda olmaqla dünyadakı investorlara birbaşa mesajlarını verəcək. Bundan başqa, Ekologiya və Şəhərsalma naziri Murat Kurum, "Prezidentimiz Ərdoğan liderliyində nəhəng layihələr üçün qaza basırıq" deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256