BANK

Tatlısəsdən dollar açıqlaması — “Bizim elə bir liderimiz var ki…”
11 AVQUST
1844

Tatlısəsdən dollar açıqlaması — “Bizim elə bir liderimiz var ki…”

2018-08-11 23:44:00

Türkiyə musiqisinin imperatoru adlandırılan İbrahim Tatlısəs dolların bahalaşması və ölkə gündəmi ilə bağlı maraqlı paylaşım edib. Fins.az “Ölkə.Az”-a istinədən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə bayrağını yerdən götürüb sinəsinin üstünə qoyduğunu əks etdirən videonu paylaşan Tatlısəs bunları yazıb: “Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğana güvənim və inancım tamdır. İçəridən və çöldən bizə müharibə açan düşmənlər, xainlər yenə qalib gəlməyəcəklər. Bizim elə bir liderimiz var ki, ölkəmizin nə adını, nə şəhid qanıyla islanmış bayrağımızı ayaq altına saldırmaz. Bayrağımızı köksünə qoyan, heç vaxt üstünə çıxmayan, digərləri boş-boş baxarkən əvvəlcə bayrağını düşünən bir şəxs var. Nə ac qalarıq, nə də açıqda. Bura Türkiyə Cümhuriyyətidir, hamı bunu belə bilsin”. Çətin günlər keçəcək. Bu ölkə nələr gördü. Nə ilk olacaq, nə də son. Dolların enib-qalxmasıyla bu vətənə, millətə heç bir şeyh olmaz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256