BANK

Rusiya dollara qadağa qoyur ?
11 AVQUST
2398

Rusiya dollara qadağa qoyur ?

2018-08-11 18:39:00

Payız mövsümündən etibarən Rusiyada dollar dolaşımına qadağa qoyula bilər. Hazırda əsas çətinlik fiziki şəxslərdən bu dolların yığılması göstərilir. Fins.az Rusiya mediasına istinadən xəbər verir ki, bunun üçün xüsusi mexanizm hazırlanmalıdır. Bu barədə təkliflər artıq ekspertlərlə yanaşı  dövlət dumasının vəkilləri tərəfindən də müzakirə olunub. Bütün bunlara səbəb kimi isə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar göstərilir. Belə ki, yeni sanksiyalar  nəticəsində sentyabrda  Rusiyada qara bazarda dollar bir qədər də bahalaşacaq.

Rusiya hökumət dumasında ölkədə dollar dolaşımına qadağa qoyulmasını ABŞ-a tutarlı cavab kimi görürlər. Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinin üzvü  Evgeniy Fyodorov yerli mediaya açıqlama verərkən həqiqətən belə mövzunun dumada müzakirə olunduğunu və artıq bu qanunun çoxdan tətbiq edilməsinin lazım olduğunu bildirirb. “Düzdü bu inqilabı bir qərardı, lakin dövlətin iqtisadiyyatının inkişafına biz yalnız bu qərardan sonra nail ola bilərik”- deyə Evgeniy Fyodorov bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255