BANK

Rusiyada dolların məzənnəsi 2 illik rekordu yeniləyib
10 AVQUST
638

Rusiyada dolların məzənnəsi 2 illik rekordu yeniləyib

2018-08-10 12:29:00

Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri il dəfə 67 rublu keçib. Fins.az-ın məlumatına görə,“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında Amerika valyutasının qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.

Əvəzində qonşu ölkədə avro ucuzlaşıb. Belə ki, Avropanın vahid valyutasının məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251