BANK

Maliyyə-bank sektoru ilə bağlı qanunlara dəyişikliklər gözlənilir
09 AVQUST
423

Maliyyə-bank sektoru ilə bağlı qanunlara dəyişikliklər gözlənilir

2018-08-09 16:42:00

Maliyyə-bank sektoru ilə bağlı qanunvericiliyə, Vergi Məcəlləsinə növbəti dəyişikliklərin edilməsini mümkün və vacib sayıram. Fins.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Aydın Hüseynovdeyib.

Onun sözlərinə görə, dünya dəyişdiyi kimi, ölkəmiz də dəyişir, gündən-günə inkişaf edir və bu dəyişikliklər iqtisadi qanunvericilikdə mütəmadi, dinamik dəyişikliklərin aparılmasını zəruri edir:

“Ona görə adlarını çəkdiyim və hələlik bəzi səbəblərdən çəkmədiyim qanunvericilik aktlarında dəyişikliklərin aparılmasını zəruri sayıram. Onu da qeyd edim ki, qarşıdan gələn payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunmayıb, o cümlədən, üzvü olduğum İqtisadi siyasət, sənaye və və sahibkarlıq komitəsinin.

Qanunvericilik işləri planı komitə səviyyəsində sessiya başlamazdan bir az əvvəl, sessiyanın özünün isə qanunvericilik işlər planı ilk plenar iclasda təsdiq olunur. Odur ki, qanunvericilik işləri planının müzakirəsində yeni qanunların və ya üzərində dəyişikliklər edilməsi nəzərdə tutulan layihələrin ortada olması mümkündür”.

Qəbulu uzun illərdən bəri təxirə salınan Rəqabət Məcəlləsinə, eləcə də, bunun davamı kimi, maliyyə nəzarəti ilə bağlı qanun layihəsinə gəlincə, millət vəkili bunların gələcəkdə mümkünləşəcəyini istisna etməyib:

“Bildiyiniz kimi, son sessiyada “Hesablama Palatası haqqında” yeni və mükəmməl qanun layihəsi qəbul olundu. Yəni, Rəqabət Məcəlləsi ilə yanaşı, maliyyə nəzarəti haqqında qanun da bir-biri ilə əlaqəlidir. Bu baxımdan, gələcəkdə onların da müzakirələri və qəbulu mümkündür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259