BANK

Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub
09 AVQUST
224

Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub

2018-08-09 10:28:00

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. Fins.az “Report”-a istinadən  xəbər verir ki, “Bank Respublika” və “Kapital Bank” ASC-lərin Büronun rəhbərliyindəki nümayəndələri dəyişib.

Belə ki, “Bank Respublika”nın MŞ-nın sədri Şakir Rəhimovu Bankın İdarə Heyətinin (İH) sədr müavini Elnur Həsənov, “Kapital Bank”ın MŞ-nın üzvü Fərid Məmmədovu isə Bankın İH-nin üzvü Cavid Mirzəyev əvəz edib.

Xatırladaq ki, AKB bu il yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257