BANK

Beynəlxalq Bankda Baş direktor təyinatı
03 AVQUST
1354

Beynəlxalq Bankda Baş direktor təyinatı

2018-08-03 21:16:00

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub. Nərgizxanım Aqşin qızı Biləndərli bankın Korporativ biznes üzrə Baş direktoru vəzifəsinə təyin edilib. Bu barədə Fins.az-a Bankdan bildirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan Nərgizxanım Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. Bu müddətdə Azərbaycan Beynəlxalq Bankında, Bank of Baku-da, Bank Standard-da müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. Son təyinata qədər isə Bank VTB (Azərbaycan)-da çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257