BANK

İstiqrazınız varsa, kreditiniz var
03 AVQUST
226

İstiqrazınız varsa, kreditiniz var

2018-08-03 10:49:00

Özünün 25-ci ildönümündə dinamik inkişafı  və təqdim etdiyi yeniliklərlə diqqəti cəlb edən,  2018-ci ilə artıq damğasını vurmuş və əminliklə “2018-ci ilin ən aktiv banklarından biri” olaraq adlandıra biləcəyimiz Rabitəbank daha bir kredit məhsulunu ictimaiyyətə təqdim etdi!

Bu dəfəki məhsul SOCAR Qrupuna daxil olan SOCAR Capital şirkəti ilə Rabitəbank-ın birgə kampaniyası olan SOCAR İstiqrazları sahiblərinə güzəştli kredit kampaniyasıdır.

Kampaniyanın şərtlərinə əsasən artıq iyul ayından etibarən SOCAR İstiqrazları sahibləri Rabitəbankdan 1 milyon manata qədər illik cəmi 15%-dən başlayaraq 24 ay müddətinə kredit əldə edə bilərlər. Bu güzəştli kreditin alınması şərtləri isə çox sadədir - iş yerindən arayış və ya zamin təqdim etməyə, daşınmaz əmlak və yaxud qızıl girov qoymağa ehtiyac yoxdur. Kampaniyanın şərtləri və daha ətraflı məlumat üçün Rabitəbankın rəsmi veb səhifəsindı yerləşdirilmiş məlumatla tanış ola bilərsiniz: http://www.rabitabank.com/az/Kampaniyalar/socar-istiqraz

Krediti sifariş etmək və ya kampaniya haqqında daha ətraflı məlumat almaq üçün 133 qısa nömrəsinə zəng etmək, bankın sosial media hesablarına və ya +994518338133 Whatsapp nömrəsinə müraciət etmək kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259