BANK

İpoteka kreditləri 17% azaldıb
01 AVQUST
179

İpoteka kreditləri 17% azaldıb

2018-08-01 16:57:00

Bu ilin iyun ayında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 19 mln. manat təşkil edib. Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, may ayı ilə müqayisədə 17,39% və ya 4 mln. manat azalma deməkdir. Bununla belə, bu ilin yanvar-iyun aylarında banklar tərəfindən 117,4 mln. manatlıq ipoteka krediti verilib. İyun ayında dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna vəsait ayrılmayıb. Cari ilin iyunda Fond 21,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib. Yanvar-iyun aylarında Fond Bakı Fond Birjasında 20 mln. manatlıq istiqraz yerləşdirib. Fondun ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il iyulun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 47,078 min manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,60%, aylıq ödəniş isə 335 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256