BANK

Bank “BTB” ASC 2018-ci ilin ilk yarımilliyinin nəticələrinə əsasən artım tempini saxlaya bilib
26 İYUL
288

Bank “BTB” ASC 2018-ci ilin ilk yarımilliyinin nəticələrinə əsasən artım tempini saxlaya bilib

2018-07-26 10:54:00

Ötən yarımilliyin nəticələrinə əsasən Bank “BTB” ASC mənfəətin artımını müşahidə etmişdir. Hesabata əsasən 30.06.2018-ci il tarixinə Bankın aktivləri 299 449.09 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.39 %-ə yaxın artım deməkdir. Bankın aktivlərinin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 931.2 min. manatdan 189 556 min manata çatıb. Bu isə artım tempinin 39.45 % olması deməkdir.

Yarım ilin yekununda bankın mənfəəti 1 047.91 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çoxdur.

Məcmu kapital isə bankların kapital tələbinə tam cavab verərək 54 874.86 min manat təşkil edir.

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 10 filial, 5 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur. Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255