BANK

Azərbaycanda Bank BOKT-la birləşir
26 İYUL
220

Azərbaycanda Bank BOKT-la birləşir

2018-07-26 10:48:00

“TBC Bank” Azərbaycandakı biznesini inkişaf etdirmək məqsədilə “Nikoil” İnvestisiya-Kommersiya Bankı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu barədə “TBC Bank Group PLC”-nin məlumatında deyilir. Fins.az İnterfax-a istinadən xəbər verir ki, tərəfdaşlıq aşağıdakıları əhatə edir:

1. “TBC Bank”ın törəmə bankı olan “TBC Kredit”in “Nikoil” İKB ilə birləşməsi. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq.

2. Birləşmə başa çatdığı halda “TBC Bank” birləşmiş təşkilatın strategiyasının işlənib hazırlanması və icrasına kömək edəcək. “TBC Bank” “Nikoil Bank”ın Şurasında təmsil olunacaq və İKB-nin rəhbərliyi ilə birlikdə şirkətin gələcək inkişafında həlledici rol oynayacaq. “TBC Bank” “Nikoil” İKB-nin məqsədli pərakəndə bazarlar və kiçik və orta biznesin kreditləşdirilməsi üzrə inkişafına dəstək məqsədilə Gürcüstanın bank sektorundakı təcrübəsini, eləcə də bu yaxınlarda yaradılmış “Kosmos” rəqəmsal bankını istifadə etmək niyyətindədir.

3. “TBC Bank”, həmçinin 50% + 1 səhm payına sahib olmaq məqsədilə birləşmiş təşkilatın əlavə səhmlərinin əldə edilməsi üçün 3 illik koll-opsion alacaq.

"Mən çox şadam ki, “TBC Bank” “Nikoil” İKB-nin tərəfdaşı oldu və səbirsizliklə gələcək əməkdaşlığımızı gözləyirəm. Bu, “TBC Bank” üçün çox mühüm sövdələşmə ola bilər”, - deyə məlumatda “TBC Bank”ın baş direktoru Vaxtanq Butsrikkidzeyə istinadən bildirilir.

"Biz Gürcüstanın aparıcı bankı olan və müştərilərlə iş və rəqəmsal imkanlarına görə öndə gedən “TBC Bank”la tərəfdaşlıq haqqında saziş imzalamağa çox şadıq. Biz birlikdə Azərbaycan biznesi və əhalisinə ən müasir xidmətləri təqdim edəcəyik", - deyə “Nikoil Bank”ın baş direktoru Nikoloz Şurqayya qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253