BANK

AtaBanka əmanət edilən pulların məbləği 600 milyona yaxındır - Hesabat
25 İYUL
197

AtaBanka əmanət edilən pulların məbləği 600 milyona yaxındır - Hesabat

2018-07-25 16:30:00

“AtaBank” bu ilin ikinci rübünü 123 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki,  Bank 2017-ci ilin birinci yarısını 1 milyon 692 min manat  xalis mənfəətlə tamamlamışdı. Fins.az AtaBankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə  9% çox  artaraq 21 milyon 8 min manat təşkil edib. Maliyyəq urumunun qeyri-faiz gəlirləri isə 33,5% azalaraq 2 milyon 644 min manat olub. 

Bank ötən ayın sonunda 139 milyon 662 min manat məcmu kapitala malik olub. Bankda depozitlər  2018-ci ilin birinci yarısında ötən ilin biinci yarısı ilə müqayisədə 8,4% artaraq 315 milyon 593 min manat təşkil edib. Həmçinin  fiziki şəxslərin müddətli əmanətləri 225 milyon 365 min manatdan 273 milyon 373 min manata qalxıb

Bu ilin ilk yarısında  “AtaBank”-ın müştərilərə verdiyi kreditlər 465 milyon 78 min manat təşkil edib. 30 İyun 2017-ci il tarixində bu məbləğ 532 milyon 494 min manat olub. Bu ilin ilk 6 ayı ərzində  “AtaBank” 603 milyon 176 min manat cəmi aktivlərə, 458 milyon 512 min manat cəmi öhdəliklərə və 144 milyon 664 min manat cəmi balans kapitalına malik olub.

 

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251