BANK

Rabitəbank əksər göstəricilərində artım nümayiş etdirir
25 İYUL
236

Rabitəbank əksər göstəricilərində artım nümayiş etdirir

2018-07-25 12:30:00

“Rabitəbank” 2018-ci ilin ilk 6 -ayını  311 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, bank ötən il də ilin ilk yarısını da xalis mənfəətlə bağlamışdı. 

Fins.az Bankın hesabatına istinadən xəbər verir ki, Bankın faiz gəlirləri ötən ilin ilk 6-ayı ilə müqayisədə 44.2% artaraq 17 milyon 483 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 12 milyon 121 min manat faiz gəliri əldə etmişdi.  Bankın qeyri-faiz gəlirləri isə  4 milyon 463 min manat təşkil edib.  “Rabitəbank” ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatlara 3 milyon 678 min manat ayırıb.

Qeyd edək ki, bankda  cari hesabları və müştərilərin müdddətli depozitləri də artıb. Cari hesablar 16% artaraq 314 milyon 805 min manata, Müdddətli depozitlər isə 11,4% artaraq 219 milyon 722 min manat olub. Bankın kredit portfeli ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin eyni dövründə 36,7% artaraq 263 milyon 344 min manata yüksəlib. Bank ötən ilin analoji dövründə 192 milyon 590 min manat kredit portfelinə sahib olub. 

Bankın cəmi aktivləri 6,7% artaraq  712 milyon 492 min manata çatıb. Ötən ilin bu vaxtı bank  667 milyon 857 min manat cəmi aktivlərə sahib olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256