BANK

Xanım səhmdar "Silkway Bank"da payını artırıb
24 İYUL
351

Xanım səhmdar "Silkway Bank"da payını artırıb

2018-07-24 15:57:00

"Silkway Bank" ASC-nin səhmlərinin 69,7%-nə nəzarət edən Zərifə Həmzəyeva payını 84,5%-ə çatdırıb. Fins.az xəbər verir ki, bu barədə "Report" bankın maliyyə hesabatına əsasən xəbər verir.

Hesabata görə, əvəzində "VIP Aviation Services" MMC-nin "Silkway Bank"dakı payı 30%-dən 15,2%-ə düşüb.

Bankın səhmlərinin 0,3%-i isə əvvəlki qaydada Elvira Əhmədovaya məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256