BANK

NBC Bankın pay sahib olduğu futbol klubu bağlanmaq üzrədir
24 İYUL
454

NBC Bankın pay sahib olduğu futbol klubu bağlanmaq üzrədir

2018-07-24 15:05:00

NBC Bank Açıq Səhmdar Cəmiyyəti  2017-ci il üzrə  İdarəetmə hesabatlarına dair tələblər haqqında açıqladığı məlumata görə, Bank Mil-Muğan futbol klubunun səhmdarıdır. Məlumatda qeyd edilir ki, NBC klubda 40% paya malikdir.  Həmçinin bankın 8.54% Rəvan sığortada , 20% isə NBC lizingdə paya sahib olduğu qeyd olunub.

Məlumat üçün bildirək ki, NBC Bankın pay sahibi olduğu Mil-Muğan klubu hazırda ölkə çempionatında 1-ci divizionda çıxış edir. Klubun maliyyə çətinlikləri ilə üzləşdiyi bildirilir. Hətta yeni mövsümdən Mil-Muğan komandasının fəaliyyətini dayandıracağı deyilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256