BANK

Bugünkü depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib
23 İYUL
174

Bugünkü depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib

2018-07-23 14:00:00

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən Fins.az-a verilən xəbərə görə, hərracda tələb 877,58 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259