BANK

"Yapı Kredi Bank Azərbaycan" borclarını bağlayıb - Mənfəət
19 İYUL
1145

"Yapı Kredi Bank Azərbaycan" borclarını bağlayıb - Mənfəət

2018-07-19 12:04:00

"Yapı Kredi Bank Azərbaycan" 2018-ci ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank ilin birinci yarısını 1 milyon 401 min manat mənfəətlə başa vurub. Bank cari ilin yanvar - mart dövründə 660 min manat, aprel-iyun dövründə isə 741 min manat mənfəət əldə edib.

Bankın məcmu kapitalı ötən ilin ikinci rübü ilə müqayisədə 30% artıb. "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 65 milyon 750 min manatdır. Bu da mövcud qanunvericilikdə tələb ediləndən 32% yaxın çoxdur. 

Ötən dövr ərzində bank müştərilərə verdiyi kreditlərin həcmini artırmaqla yanaşı , digər maliyyə institutlarından aldığı krediti də bağlayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253