BANK

“Ziraat Bank Azərbaycan” ötən ildən 35% az mənfəət əldə edib
19 İYUL
390

“Ziraat Bank Azərbaycan” ötən ildən 35% az mənfəət əldə edib

2018-07-19 11:45:00

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründəkindən 35% azdır. Bank 2017-ci ilin birinci yarısını 1 milyon 743 min manat xalis mənfəətlə bağlamışdı.

30 İyun 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan" 229 milyon 867 min manat cəmi aktivlərə , 162 milyon 804 min manat cəmi öhdəliklərə və 67 milyon 62 min manat cəmi balans kapitalına sahib olub. 

Fins.az  xəbər verir ki, 2017-ci ilin birinci yarısında 5 milyon 22 min manat təşkil etmiş faiz gəlirləri, cari ilin birinci yarısında 5 milyon 981 min manata qədər artıb. Müqayisə olunan dövrdə, qeyri-faiz gəlirləri isə 2 milyon 68 min manatdan 2 milyon 571 min manata dək çoxalıb. 

Gəlirlərin artması Bankın əməliyyat mənfəətində də əks olunub. Ötən ilin ilk 6 ayında 2 milyon 804 min manat təşkil etmiş əməliyyat mənfəəti, 2018-ci ilin eyni dövründə  3 milyon  26 min manat olub. Lakin ötən ilin birinci yarısı ilə müqayisədə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar artdığından xalis mənfəət azalıb. Ehtiyata ayırma 685 min manatdan 1 milyon 652  min manata yüksəlib. 

"Ziraat Bank Azərbaycan"ın müştərilərə  verdiyi kreditlər 36% artıb. Belə ki, ötən ilin birini yarısının yekununda  65 milyon 773 min manat təşkil etmiş kreditlər, 30 İyun 2018-ci il tarixində 89 milyon 562 min manata çatıb. Xalis kreditlər isə 65 milyon 750 min manatdan 88 milyon 509 min manata yüksəlib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255