BANK

"Paşa Bank"ın cəmi aktivləri 3 milyard manatdan çoxdur
18 İYUL
268

"Paşa Bank"ın cəmi aktivləri 3 milyard manatdan çoxdur

2018-07-18 12:12:00

“PAŞA Bank” ASC 2018-ci ilin birinci yarısını 22 milyon 162 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 64% çoxdur. Onu da  qeyd edək ki, “PAŞA Bank” ötən ilin birinci yarısını 13 milyon 531 min manat xalis mənfəətlə bağlamışdı.

Adı çəkilən bank cari ilin birinci rübündə 6 milyon 532 min manat təşkil etmiş xalis mənfəət, ikinci rübdə 15 milyon 630 min manata  qədər artıb. 

2018-ci ilin yanvar-iyun dövründə PAŞA Bankın faiz gəlirləri 80 milyon 769 min manatqeyri-faiz gəlirləri 13 milyon 162 min manat  təşkil edib. 

Bankın faiz qazandıran aktivləri azaldığı üçün dəyərsizləşmə üçün ehtiyata ayırma da azalıb və nəticədə bankın mənfəəti artıb. Belə ki, “PAŞA Bank” ötən ilin birinci yarısında ehtiyata 37 milyon 192 min manat ayırmışdısa da  bu ilin 6 ayı ərzində bu rəqəm 14 milyon 100 min manat olub.

İlk 6 aylıq hesabata görə, “PAŞA Bank” 3 milyard 901 milyon 761 min manat cəmi aktivlərə, 3 milyard 538 milyon 403 min manat cəmi öhdəliklərə və cəmi 363 milyon 358 min manat balans kapitalına malik olub. Bank 2017-ci ilin sonunda 3 milyard 551 milyon 787 min manat cəmi aktivlərə, 3 milyard 149 milyon 76 min manat cəmi öhdəliklərə və 402 milyon 711 min manat cəmi balans kapitalına malik idi.

2017-ci ilin sənunda 943 milyon 99 min manat olmuş kredit portfeli,  hazırda 1 milyard 37 milyon 236 min manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251