BANK

"Saxo Bank" neft və dəyərli metallarla bağlı proqnozunu açıqlayıb
17 İYUL
115

"Saxo Bank" neft və dəyərli metallarla bağlı proqnozunu açıqlayıb

2018-07-17 10:28:00

Danimarkanın və dünyanın aparıcı banklardan biri olan "Saxo Bank" neft, qızıl və gümüş qiymətləri ilə bağlı bu il üçün proqnozunu açıqlayıb. Fins.az "Report"-a istinadən xəbər verir ki, bankın strategiya və ticarət bazarları şöbəsinin rəhbəri Ole Hansen neftlə bağlı proqnozunda bildirib ki, 2019-ci ilin ikinci yarısında neftin qiymətinin yüksək səviyyədə qalxmasına artan tələbat və Venesuela ilə İrandan tədarükün təhlükə altında ola biləcəyi dəstək verəcək.

Bankın nümayəndəsi hesab edir ki, tədricən bu təhlükələri inkişaf edən bazarlar tərəfindən tələbat artımının zəifləməsi əvəz edəcək.

Qızıl qiymətlərinə toxunan O.Hansen bildirib ki, iyunda bu dəyərli metalın qiymətləri üç rüblük artımından sonra aşağı düşüb. Bununla belə, mütəxəssis hesab edir ki, "sarı metalın" qiymətləri ilə bağlı proqnoz müsbət olacaq: "Qısamüddətli perspektivdə əsas problem dollarla bağlı mənfi korellyasiyadı, amma dollarla bağlı mənfi qısa və ortamüddətli proqnozu nəzərə alaraq, hesab edirik ki, artımı zəiflədən amillər gələcək rübdə öz gücünü itirəcək".

Gümüşlə bağlı proqnozunda "Saxo Bank"ın mütəxəssisi bildirib ki, üçüncü rübdə bu qiymətli metalla bağlı proqnozlar gərgin olaraq qalacaq: "Lakin gümüşlə bağlı proqnoz qızılın qiyməti ilə əlaqəlidir və "sarı metalla" bağlı gözləntilərimizi nəzərə alaraq, hesab edirik ki, gümüşün qiyməti tədricən artacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253