BANK

Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi daha da güclənib
16 İYUL
126

Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi daha da güclənib

2018-07-16 10:14:00

01 iyul 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.62 milyard manat, kredit portfeli isə 1.68 milyard manat təşkil edib. Fins.az Banka istinadən xəbər verir ki, hesabat dövründə bankda əhalinin əmanətlərinin həcmi 1.26 milyard manat, korporativ müştərilərin vəsaitləri isə 2.63 milyard manat olub.

Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi 2018-ci ilin birinci yarısında daha da güclənib. Belə ki, dövr ərzində bankın məcmu kapitalı 238 milyon manat artaraq 762 milyon manata çatıb, adekvatlıq əmsalı isə 25,9%-ə yüksəlib. 01 iyul 2018-ci il tarixinə bankın nizamnamə kapitalının həcmi 1,22 milyard manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255